Co Bayden İsrail prezidenti ilə görüşüb

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Bayden 9 iyulda vəzifəsindən ayrılacaq olan İsrail prezidenti Reuven Rivlin ilə görüşüb.

1666533
Co Bayden İsrail prezidenti ilə görüşüb

Bayden və Rivlin arasındaki görüş Ağ Evdə qapalı qapılar arkasında baş tutub. İki lider görüş əvvəli Oval Ofisdə jurnalistlərə açıqlama verib.

Bayden 9 iyulda vəzifəsindən ayrılacaq olan Rivlin-i Ağ Evdə qonaq etməyin xoşbəxtliyini yaşadığını, İsrailin yeni Baş Naziri Naftali Bennett-i də yaxın gələcəkdə qəbul etmək istədiyini bildirib. Ölkəsinin İsrailə dəstəyinin davam edəcəyini ifadə edən Bayden ABŞ prezidenti olaraq İsrailə verdiyi vədlərin doğru olduğuna diqqət çəkib. ABŞ-ın İsrailin Orta Şərq ölkələri ilə normallaşma prosesinə dəstək verdiyini, bölgədə genişmiqyaslı sülh və sabitlik bərpa etmək istədiklirini sözlərinə əlavə edib.

 



Әlaqәli Xәbәrlәr