Somalidə terror aktı törədilib, onlarla ölü var

Somalidə terror təşkilatı Əş-Şəbabın mülki vətəndaşlara qarşı hücumlarında dinç əhalidən ən az 20 nəfər həyatını itirib.

1666002
Somalidə terror aktı törədilib, onlarla ölü var

Qalmuduğ Bölgəsi polis idarəsi rəisinin müavini Məhəmməd Mahmud, terror aktına dair açıqlama verib. Bildirib ki, terrorçuların komikadze hücumundan sonra ətrafa atəş açması nəticəsində ən az 20 mülki şəxs həyatını itirib. Əl-Şəbab isə hücumlarda ən az 34 əsgərin öldüyünü irəli sürüb.

Qeyd edək ki, terror təşkilatı Əş-şəbab təxirə salınmış seçkilərin keçirilməsi ilə bağlı hazırlıqların aparıldığı ölkədə təhlükəsizlik qüvvələrinə və mülki yaşayış məntəqələrinə hücumlarını artırarkən, Somali ordusunun başlatdığı əməliyyatlarda terror təşkilatının ən az 300 üzvü zərərsizləşdirilib.

 

 



Әlaqәli Xәbәrlәr