İtaliyanın ev sahibliyində DEAŞ ilə mübarizə mövzuları müzakirə ediləcək

İtaliyanın ev sahibliyi edəcəyi DEAŞ ilə Mübarizə Beynəlxalq Koalisiyanın Nazirlər Toplantısı paytaxt Romada keçiriləcək.

1665694
İtaliyanın ev sahibliyində DEAŞ ilə mübarizə mövzuları müzakirə ediləcək

İtaliyanın ev sahibliyi edəcəyi DEAŞ ilə Mübarizə Beynəlxalq Koalisiyanın Nazirlər Toplantısı paytaxt Romada keçiriləcək.

Yığıncaqda Türkiyəni xarici işlər Naziri Mövlud Çavuşoğlu təmsil edəcək.

İtaliya Xarici İşlər Nazirliyinin mövzuyla bağlı açıqlamasında İtaliyanın ev sahibliyi edəcəyi və ABŞ-la birgə təşkil ediləcək DEAŞ ilə Mübarizə Beynəlxalq Koalisiya Toplantısına koalisiya üzvü 81 ölkənin qatılacağı bildirilib.

Romada baş tutacaq toplantı terror təşkilatı DEAŞ-ın mütləq məğlub edilməsində koalisiyanın mövqeyi, Suriya və İraqdakı xilas edilmiş bölgələri sabitliyə qovuşdurma vədinin təsdiqlənməsi və işçi qruplarında əməkdaşlığı artırmağı hədəfləyir.

Bundan əlavə, ev sahibi İtaliyanın istəyi çərçivəsində Sahel və Afrika qitəsinin fərqli bölgələrində DEAŞ ilə əlaqədə olan terror təşkilatlarının təhdidinin də müzakirə ediləcəyi bildirilib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu həmin toplantıda iştirak edəcək. Nazirin ayrıca Suriya ilə əlaqədar məhdud iştirakçı nazirlər iclasında da iştirakı gözlənilir.

Çavuşoğlu Romada Kanadanın xarici işlər naziri Qarneau və Litvanın xarici işlər naziri Landsbergis ilə bir araya gəlib.



Әlaqәli Xәbәrlәr