Fələstində ilk dəfə yeni növ koronavirusun "Delta" variantı aşkarlanıb

Fələstində ilk dəfə yeni növ koronavirusun (Covid-19) Hindistanda ortaya çıxan "Delta" variantı aşkar edilib.

1665696
Fələstində ilk dəfə yeni növ koronavirusun "Delta" variantı aşkarlanıb

Fələstində ilk dəfə yeni növ koronavirusun (Covid-19) Hindistanda ortaya çıxan "Delta" variantı aşkar edilib.

Səhiyyə naziri Mey Keyle "Delta" variantının işğal altındakı İordan çayının Qərb sahilində iki qadında aşkarlandığını bildirib. 

Nazir Keyle sözügedən qadınların Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) yaxınlarda qayıtdıqlarını qeyd edib. 

"Delta" varianın aşkarlandığı qadınlarla təmasda olan insanların karantinə götürülməsi üçün fəaliyyətlərin başladıldığını bildirən Keyle məcburi səbəblər istisna olmaqla fələstinlilərdən xaricə getməmələrini istəyib.



Әlaqәli Xәbәrlәr