“İqlim dəyişikliyindən milyonlarla adam həyatını itirib”, A.Quttereş

Belçikanın paytaxtı Brüsseldə təşkil edilən Su və Fəlakətlərlə bağlı V BMT Növbədənkənar İclasında çıxışında A.Quterreş deyib...

1665014
“İqlim dəyişikliyindən milyonlarla adam həyatını itirib”, A.Quttereş

 

  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş son 20 ildə iqlim dəyişikliyindən qaynaqlanan fəlakətlərdə milyonlarla adamın həyatını itirdiyini söyləyib.

  Belçikanın paytaxtı Brüsseldə təşkil edilən Su və Fəlakətlərlə bağlı V BMT Növbədənkənar İclasında çıxışında A.Quterreş deyib: “Sel, fırtına, quraqlıq, sunami, torpaq sürüşməsi kimi fəlakətlərin hamısı su ilə bağlıdır. Hər il təbii fəlakətlərdən 26 milyon insan yoxsulluğa düçar olur.

  Son 20 ildə iqlimlə əlaqədar fəlakətlərin sayı əvvəlki 20 illə müqayisə haradasa iki qat artaraq 4 milyarddan çox insana təsir edib. Bu fəlakətlər milyonlarla can alıb və 2,97 trilyon ABŞ dollarından artıq iqtisadi zərər vurub.

  2030-cu ilə qədərki humanitar yardım büdcəsinin 50 faizi iqlimlə əlaqəli fəlakətlərlə bağlıdır. Bu problemin öhdəsindən gəlmənin ən mühüm yolu qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaqdır.

  2010-ci il məlumatları ilə müqayisədə 2030-cu a qədər emisiya 45 faiz azaldılmalı və 2050-ci ilə qədər sıfır olmalıdır. Ancaq bu hədəflərə çatmaqdan çox uzağıq. Mövcud vəziyyət qeyri-kafidir və emisiyalar artmaqda davam edir."



Әlaqәli Xәbәrlәr