Avropa İttifaqı miqrasiya üzrə sammitinin yekun bəyanatı

Avropa İttifaqı Türkiyə, Livan və İordaniya düşərgələrində yerləşən Suriya qaçqınlarına dəstək üçün öz büdcəsindən pul ayırır

1665066
Avropa İttifaqı miqrasiya üzrə sammitinin yekun bəyanatı

 

  Avropa İttifaqı Türkiyə, Livan və İordaniya düşərgələrində yerləşən Suriya qaçqınlarına dəstək üçün öz büdcəsindən 2024-cü ilədək 5,2 milyard avro ayıracaq. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib. Onun sözlərinə görə, bu məbləğdən 3 milyard avro Türkiyədə, 2,2 milyard avro isə Livan və İordaniyada olan Suriya qaçqınlarına dəstək üçün nəzərdə tutulur.

  Avropa İttifaqının miqrasiya üzrə sammitinin yekun bəyanatında son illər dünyada miqrant axınının güclənməsindən narahatlıq ifadə olunur. Aİ liderləri miqrasiyanın çevik və hər bir ölkəyə uyğunlaşdırılmış surətdə qaydaya salınması üçün konkret addımlar atmaq niyyətlərini elan ediblər.



Әlaqәli Xәbәrlәr