Çexyada qasırğa nəticəsində 3 nəfər ölüb

Çexiyanın Moraviya bölgəsində tüğyan edən qasırğa nəticəsində 3 nəfər həyatını itirib, 150 ​​nəfər yaralanıb.

1664682
Çexyada qasırğa nəticəsində 3 nəfər ölüb

Çex mətbuatının Cənubi Moraviya Yanğınsöndürmə Xidmətinə istinad etdiyi xəbərinə görə qasırğadan ən azı 7 kənd ciddi ziyan görüb. Bir çox ev dağılıb. Çökən binaların altında qalanları xilasetmə işləri davam edir. Xilasetmə dəstələrinin nümayəndəsi qasırğa səbəbiylə 3 nəfərin həyatını itirdiyini və ən az 150 nəfərin müxtəlif dərəcələrdə yaralandığını, bunların arasında bir Türkiyə vətəndaşının olduğunu qeyd edib.

Türkiyənin Praqa səfiri Egəmən Bağış bu barədə məlumat yayıb. Bildirib ki, qasırğa nəticəsində yaralanan yük maşını sürücüsü olan Türkiyə vətəndaşı ilə əlaqə yaradılıb. O xəstəxanada müalicə altına alınıb və səhhəti yaxşıdır.

Daxili İşlər Naziri Jan Hamacek açıqlamasında təbii fəlakətin təsirli olduğu ərazilərə çox sayda yanğınsöndürən, təcili yardım və xüsusi dəstələr cəlb olunduğunu, yaranan fəsada dair hesabat hazırlayacaq böhran heyətinin yaradılacağını bildirib.

Qasırğanın tüğyan etdiyi bölgələrdən Hrusky Bələdiyyə Başçının Köməkçisi Marek Babis qasırğa nəticəsində şəhərdəki evlərin 50”-nin dağıldığını, Kilsə və məktəblərin zərər gördüyünü, ağaçların yıxıldığını bildirib.

Ekspertlərə görə bu ölkə tarixində ən güclü qasırğa olub.



Әlaqәli Xәbәrlәr