BMT-dən İsrail ilə Həmasa çağırış

Birləşmiş Millətlər Təşkilatının (BMT) “Yaxın Şərq Sülh Prosesi” üzrə xüsusi nümayəndəsi Tor Wencesland, İsrail və Fələstin qrupları arasında keçən ay əldə edilən atəşkəs razılaşmasının hər an pozulabiləcəyini bildirib.

1664425
BMT-dən İsrail ilə Həmasa çağırış

Tor Wencesland  New Yorkda BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciəti zamanı  bu barədə danışıb: “İsrail ilə Həmas arasındakı düşmənçiliyi sona çatdıracaq atəşkəs qərarı hər an pozula bilər. Buna görə tərəflər təxribatlardan yayınaraq gərginliyi azaltmalıdırlar. Bütün tərəflər Qəzza zolağında başqa dağıdıcı hadisələrin yaşanmaması  üçün öhdəliklərinə əməl etməlidilər. İsraili beynəlxalq hüquq zəminində məsuliyyətlərinə uyğun olaraq Fələstin xalqının təhlükəsizliyini bərpa etməli və şiddət tətbiq edənlərin tərəflərindən asılı olmayaraq hesab verməli olduqlarını qeyd edib. 

İsraildən "Fələstinlilərin evlərini və mülklərini dağıtmaq cəhdindən  imtina etməsini Fələstinlilərin qanunlar çərçivəsində  öz evlərini tikməsinə icazə verməsini  isötiyən  Wencesland, Fələstinli dissident Nizar Banatın Fələstin təhlükəsizlik qüvvələri tərəfindən tutulduqdan bir müddət sonra həyatını itirməsinin xüsusi narahatlıq yaratdığını bildtirib və məsələnin şəffaf araşdırılmasını və günahkarların müəyyənləşdirilməsini tələb edib.

Xatırladaq ki, İsrailin 10 Mayda Qəzza zolağına başlatdığı hücumlar, Həmas ilə əldə edilən atəşkəs qərarı ilə 21 Mayda yerli vaxtla saat 02: 00-da sona çatdı. İsrailin Qəzzaya etdiyi hücumlarda 66 uşaq və 39 qadın olmaqla 254 fələstinli həyatını itirdi, 1.948 nəfər yaralandı, minlərlə bina tamamilə dağıldı və ya yararsız hala gətirildi.



Әlaqәli Xәbәrlәr