İkinci Berlin Konfransı: Liviyadakı siyasi müddət və 24 dekabr seçkiləri müzakirəsi

Liviyadakı siyasi müddət və 24 dekabr seçkilərinin müzakirə olunduğu İkinci Berlin Konfransı Birləşmiş Millətlər Təşkilatı və Almaniyanın həmsədrliyi, Türkiyənin də daxil olduğu dövlətlərin iştirakı ilə 23 iyunda başladı

1663524
İkinci Berlin Konfransı: Liviyadakı siyasi müddət və 24 dekabr seçkiləri müzakirəsi

 

  Liviyadakı siyasi müddət və 24 dekabr seçkilərinin müzakirə olunduğu İkinci Berlin Konfransı Birləşmiş Millətlər Təşkilatı və Almaniyanın həmsədrliyi, Türkiyənin də daxil olduğu dövlətlərin iştirakı ilə 23 iyunda başladı.

  Açılışda çıxış edən Almaniyanın xarici işlər naziri Heiko Maas Liviyanın suverenliyi, müstəqilliyi, torpaq bütövlüyü və milli birliyinə dəstəyin bir daha göstərildiyini vurğulayaraq deyib: “Birləşmiş bir Liviya müşkülü var. Heç bir şey barış və sabitlik üçün 24 dekabrda ölkədə keçiriləcək seçkilər qədər mühüm olmayacaq.

  Onlarla illik diktatorluq və illərlə sürən qarşıdurmalardan sonra Liviya xalqı, nəhayət, səsini duyura biləcək. Bu səbəbdən seçkilər azad, ədalətli və həqiqəti əks etdirən olmalıdır.

  Liviyada xarici döyüşçülərin olması sülhə əsas maneədir. Buna görə atəşkəs müqaviləsi və BMT Təhlükəsizlik Şurası qərarlarına əsasən, xarici döyüşçülər, əsgərlər və muzdlular ölkəni tərk etməlidir. Bu gün burada olan dövlətlər - hamımız bu işə yardım və nail olmalıyıq. Xarici müdaxilə sona çatmalı və silah embarqosu tətbiq edilməlidir”.

  Konfransda çıxış edən Liviyanın baş naziri Əbdülhəmid Dibeybe Almaniya, beynəlxalq qurum və digər dövlətlərə göstərdikləri səylərə görə təşəkkür etdikdən sonra deyib: “Muzdlu əsgər və siyasi məqsədli hərbi qüvvələr olduğuna görə Liviyada hələ də təhlükəsizlik və sabitlik təmin oluna bilmir. Ölkənin cənubu və digər bölgələrində terrorçu narahatlığı hökm sürür.

  Tarixi qərarlar tələb edən bir zəmanədəyik. Bir il yarımdır bölünmə təhlükəsi ilə qarşı-qarşıya qalan Liviyanın birliyi üçün çalışırıq. Dialoq masasından başqa yol yoxdur. "Nə müharibə, nə də anlaşılmazlıq" olacaq. İkinci Berlin Konfransına buna görə toplaşmışıq.

  Liviyada 24 dekabrda prezident və parlament seçkiləri olmalıdır. Seçkilər 6 ay uzandı, həm büdcənin təsdiqlənməməsi, həm də daxili anlaşılmazlıqlar üzündən.

  Liviyanın buradakı dostlarından seçkilərə gedən doğru yolu hazırlamaqda yardım etmələrini istəyirəm”.



Әlaqәli Xәbәrlәr