BMT beynəlxalq cəmiyyəti fələstinlilərə humanitar yardıma çağırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin keçən ay həyata keçirdiyi 11 günlük hava hücumlarından sonra Fələstinlilər üçün 164 milyon dollarlıq humanitar yardıma zərurət olduğunu  bildirib.

1663077
BMT beynəlxalq cəmiyyəti fələstinlilərə humanitar yardıma çağırıb

BMT Baş Katibinin sözçüsü Stephane Dujarrec gündəlik mətbuat konfransında  bu  barədə  danışıb:  “Bugünkü çağırış Şərqi Qüds də daxil olmaqla İordan  çayının  qərb  sahili və Qəzzadakı fələstinli qaçqınların ehtiyacları  başda  olmaqla  UNRWA-nın Qəzza və İordan  çayının  qərb  sahilində  Mayın 10-31-i  tarixləri   arasında  həyata keçirdiyi təcili müdaxilə tədbirləri   də  əhatə edir”.

Sözçü, son qarşıdurmanın Qəzza xalqı və Fələstinli qaçqınlar üçün dağıdıcı təsir göstərdiyinə diqqət çəkib  və məruz qaldıqları bu travmanın təsirinin  davam  edəcəyini  sözlərinə   əlavə  edib. 

Xatırladaq  ki, İsrailin mühasirəsi  altındakı Qəzza zolağına 10 Mayda başlatdığı hücumlar, Həmas ilə əldə edilən atəşkəs  nəticəsində 21 Mayda sona çatdı. İsrailin Qəzzaya hücumları  nəticəsində  66-sı  uşaq və 39-u qadın olmaqla 254 fələstinli həyatını itirdi, 1948 nəfər yaralandı, minlərlə bina dağıdıldı və ya yararsız hala gətirildi.



Әlaqәli Xәbәrlәr