41 milyon insan aclıq təhlükəsi ilə qarşı-qarşıyadır

Dünya miqyasında humanitar yardım almaq imkanı olmayan 41 milyon insan aclıq riski altındadır.

1662933
41 milyon insan aclıq təhlükəsi ilə qarşı-qarşıyadır

BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktoru Devid Beasley dünya miqyasında humanitar yardım almaq imkanı olmayan 41 milyon insanın aclıq riski altında olduğunu bildirdi.

Beasley Ümumdünya Ərzaq Proqramının iclasında 4 ölkədə qıtlığa bənzər şərtlərin olduğunu və dünyada 41 milyon insanın aclıqdan əziyyət çəkə biləcəyini bildirərək, "Bu arada, 41 milyon insan sözün əsl mənasında aclıq təhlükəsilə qarşı-qarşıyadır. Rəqəmlərə baxsanız, bu sadəcə faciədir, bunlar həqiqi adları olan gerçək insanlardır. Son dərəcə narahatam" ifadələrdən istifadə edib.

Ümumdünya Ərzaq Proqramının 2020-ci il məlumatları 43 ölkədə təxminən 41 milyon insanın qıtlıq təhlükəsi ilə qarşı-qarşıya olduğunu ortaya qoyub.
Bu məlumatlar münaqişə, iqlim dəyişikliyi və iqtisadi çətinliklərin aclığı artırarkən, əsas ərzaq qiymətləri üzərində təzyiq yaratdığını göstərmişdir.

Məlumatlar artan qida qiymətlərinin Livan, Nigeriya, Sudan, Venesuela və Zimbabve kimi ölkələrdə qida təhlükəsizliyini də artırdığını ortaya qoyub.

Ümumdünya Ərzaq Proqramı  bu il qıtlıq riski altında olan 139 milyon insana çatmağı hədəfləyir.

Efiopiya, Madagaskar, Cənubi Sudan və Yəməndə 584.000 insan onsuz da qıtlıq şəraitində yaşayır. Ümumdünya Ərzaq Proqramı məlumatları da Nigeriya və Burkina Fasodakı vəziyyətin narahatlıw doğurduğunu göstərir.



Әlaqәli Xәbәrlәr