Yəməndə daha 26 Husi öldürülüb

Yəmən ordusu və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiya qüvvələri ilə İranın dəstəklədiyi Husilər arasında qarşıdurmalar baş verib.

1662674
Yəməndə daha 26 Husi öldürülüb

Yəmən  ordusu yanında mətbuat xidmətindən yayılan  məlumata  görə  Husilər  Marib şəhərinin qərbində yerləşən  Sarvah qəsəbəsində ordunun nəzarətində  olan  mövqelərə hücum təşkil  ediblər. Tərəflər arasındakı qarşıdurmada 26 Husi  öldürülüb.

 Husilərin Əl-Mesira televiziya kanalı  isə  koalisiya  qüvvələrinə məxsus  döyüş təyyarələrinin Marib  şəhərinin Sarvah qəsəbəsinə 24, Raqvan və Medqal qəsəbələrinə  isə  5  aviazərbə  endirdiklərini, Maribdə şiddətli qarşıdurmaların  hələ də  davam  etdiyini  bildirib.

Rəsmi Yəmən xəbər agentliyinin yayımladığı açıqlamaya görə Yəmənin Baş naziri Muin Abdulmalik isə  Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq cəmiyyəti, ölkədəki  müharibənin  davam  etməsi  üçün heç nədən  imtina  etməyən  İrana qarşı sərt  tədbirlər görməyə çağırıb.



Әlaqәli Xәbәrlәr