İsrail polisi növbəti dəfə fələstinlilərə hücum etdi

İsrail polisi işğal altında olan Şərqi Qüdsün Şeyx Cərrah Bölgəsindən çıxarılmaqda təhdid edilən sakinlərə dəstək məqsədiylə əraziyə axışan fələstinlilərə növbəti dəfə hücum edib

1661779
İsrail polisi növbəti dəfə fələstinlilərə hücum etdi

 

İsrail polisi işğal altında olan Şərqi Qüdsün Şeyx Cərrah Bölgəsindən çıxarılmaqda təhdid edilən sakinlərə dəstək məqsədiylə əraziyə axışan fələstinlilərə növbəti dəfə hücum edib.

Məlumata görə məhəllə sakinlərinin Şeyx Cərrahdakı meydanlara daxil olmalarına icazə verməyən İsrail polisi zorakılıqla evlərindən çıxarılmaq istinilən sakinlərə dəstək məqsədi ilə bölgədə toplaşan Fələstinli və jurnalistlərə şiddətdən istifadə edərək müdaxilə edib. Şeyx Cərrah Məhəlləsində bir evə isə basqın edib.

Xatırladaq ki, ərazidə qanunsuz məskunlaşan Yəhudilər şənbə günü Şərqi Qüdsün Şeyx Cərrah Bölgəsi sakinlərinə və onlara dəstək verən Fələstinlilərə gözyaşardıcı qaz ataraq hücum təşkil etdilər.

13 Apreldən bəri İsrail polisinin Əqsa Məscidi və ətrafı ilə işğal altında olan Şərqi Qüdsün Şeyx Cerrah Bölgəsinə hücumları səbəbiylə yaranan gərginlik artaraq davam edir.



Әlaqәli Xәbәrlәr