Liviyanın Şərq və Qərb yaxalarını birləşdirən sahil yolu açıldı

“Twitter” hesabından Ə.Dübeybe sözügedən mövzu ilə bağlı deyib...

1661612
Liviyanın Şərq və Qərb yaxalarını birləşdirən sahil yolu açıldı

 

  Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe təxminən 2 ildir bağlı olan və ölkənin Şərq ilə Qərb yaxalarını bir-birinə bağlayan sahil yolunun yenidən açıldığını elan etdi.

  “Twitter” hesabından Ə.Dübeybe sözügedən mövzu ilə bağlı deyib: "Liviya xalqının ağrılarının daha bir səhifəsini bağladıq.

  İnşaat, sabitlik və birlik yolunda yeni addımlar atırıq.

  Sahil yolunun açılmasıyla nəticələnən bütün səmimi səylərə görə minnətdaram.

  Ölkənin inkişafı və rifahı üçün birlikdə işə davam edəcəyik.”

  Liviya Ordusu Sirte-Cufra Ortaq Əməliyyat Palatasının sözçüsü general Əbdülhadi Dırah da etdiyi şərhdə ölkənin Şərq ilə Qərbini bir-birinə bağlayan Misrata-Sirte yolunun (Sahil yolu) açıldığından yazaraq "Bu addım Hafterə ortalıqdakı Rusiya təhlükəsizlik şirkəti “Wagner”ə bağlı muzdlu əsgərlərini geri çəkməsi üçün bir möhlət verməkdir" deyib.

  Liviyanın Şərq və Qərb yaxalarını bir-birinə bağlayan Misrata-Sirte sahil yolu əhəmiyyətli bir ticarət yoludur. Bu yol Xəlifə Hafter milislərinin 2019-cu ildə paytaxt Tripoliyə etdiyi hücumlardan bu yana nəqliyyata bağlı idi.



Әlaqәli Xәbәrlәr