Nigeriyada 42 nəfər xolera xəstəliyindən ölüb

Nigeriyanın Bauçi əyalətində xolera epidemiyasından həyatını itirənlərin sayı 42-yə çıxıb.

1660960
Nigeriyada 42 nəfər xolera xəstəliyindən ölüb

Nigeriyanın Bauçi əyalətində xolera epidemiyasından həyatını itirənlərin sayı 42-yə çıxıb.

Təməl Sağlıq Təşviq Agentliyi (PHCDA) Bauçi əyaləti sədri dr. Rilvan Məhəmməd 25 maydan bu yana vilayətin müxtəlif bölgələrində 2874 adama xolera diaqnozu qoyulduğunu söyləyib.

Məhəmməd son dörd gündə 5 nəfərin əlavə edilməsi ilə vilayətdə epidemiya səbəbiylə həyatını itirənlərin sayının bir ayda 42 nəfərə yüksəldiyini və 300 nəfərin müalicə aldığını bildirib.

Təcili tibbi yardım və tibbi ləvazimatların xəstəliyin görüldüyü bölgələrə göndərildiyini qeyd edən Məhəmməd bölgə sakinlərini epidemiyaya qarşı tədbir görməyə çağırıb.



Әlaqәli Xәbәrlәr