“Delta adlanan 4-cü dalğa siqnalı gəlir”, U.Şahin

Amerika Birləşmiş Ştatlarında bir konfransda çıxış edən U.Şahin yeni tip koronavirus (Kovid-19) hadisələrində artım ola biləcəyini söyləyib...

1660132
“Delta adlanan 4-cü dalğa siqnalı gəlir”, U.Şahin

 

  Almaniyanın “Biontech” firmasının qurucu ortağı və idarə heyətinin üzvü Uğur Şahin "Əgər diqqətli və kifayət qədər təmkinli olmasaq, bəzi bölgələrdə dördüncü dalğa ilə qarşılaşa bilərik" dedi.

  Amerika Birləşmiş Ştatlarında bir konfransda çıxış edən U.Şahin yeni tip koronavirus (Kovid-19) hadisələrində artım ola biləcəyini söyləyib: “Yoluxma hallarının artması Delta adlanan 4-cü dalğa siqnalını verir. Diqqətli olmaq lazımdır. İngiltərədə əhalinin təxminən 50 faizinin ikinci doza peyvənd olunmasına baxmayaraq, ölkədə Delta yayılmaqdadır. Peyvənd edilmələrinə güvənənlərə də xəbərdarlıq edirik: vaksinasiyadan 6 ay keçdikdən sonra antikor səviyyəsi düşür, təkrar peyvənd vurdurmağa ehtiyac yaranır”. Bütün bunlara görə peyvənd istehsalını artırmağı planlaşdırırıq”.



Әlaqәli Xәbәrlәr