Netanyahu vəzifəsini Bennetə təhvil verib

İsrailin keçmiş baş naziri Binyamin Netanyahu vəzifəsini xələfi Yamina Partiyasının lideri Naftali Bennetə təhvil verib.

1657987
Netanyahu vəzifəsini Bennetə təhvil verib

İsrailin keçmiş baş naziri Binyamin Netanyahu vəzifəsini xələfi Yamina Partiyasının lideri Naftali Bennetə təhvil verib. 

Netanyahu və İsrailin yeni Baş naziri Bennet Qərbi Qüdsdəki Baş Nazirlik Ofisində görüş keçiriblər. 

Mətbuata qapalı olan təhvil vermə üçün mərasim keçirilmədiyi və heç bir fotoşəkil və görüntü paylaşılmadığı diqqət çəkib.

Təxminən 30 dəqiqə davam edən təhvil verilmədən sonra Netanyahu Parlamentə gedib və öz blokundakı müxalifət partiya liderləri ilə görüşüb.

İsrailin yeni Baş naziri Naftali Bennet də bazar ertəsindən (14 iyun) etibarən öz vəzifəsinin icrasına başlayıb, Qüdsdəki dəftərxanasına baş çəkib, işçiləri ilə görüşüb və təhlükəsizlik məsələləri ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının rəhbəri və hərbi müşaviri tərəfindən məlumatlandırılıb.



Әlaqәli Xәbәrlәr