Hindistan "Sputnik V" peyvəndinin istehsalına icazə verdi

“İndia Today”ın xəbərinə görə...

1652735
Hindistan "Sputnik V" peyvəndinin istehsalına icazə verdi

 

  Hindistanda Rusiyanın yeni tip koronavirusa (Covid-19) qarşı inkişaf etdirdiyi "Sputnik V" peyvəndinin istehsalına icazə verildi.

  “İndia Today”ın xəbərinə görə, Hindistan Ümumi Dərman Nəzarəti İdarəsi (DCGİ) Hindistan Sərəm İnstitutuna (Sİİ) "Sputnik V" peyvəndini istehsal səlahiyyəti verdi. İstahsal təxminən 6 ay zaman alacaq.  

  Gündəlik yoluxma hallarının 100 mini keçdiyi Hindistanda alınan bu qərarla bir çox əyalətdə yaşanan peyvənd probleminin həll olunması gözlənilir.  

  Qeyd edək ki, Rusiya peyvəndi 65-dən çox ölkədə istifadə təsdiqi alsa da, hələ Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən tanınmayıb.  



Әlaqәli Xәbәrlәr