Almaniyada velosipedli aksiya keçirilib

Almaniyada hökumətin nəqliyyat və iqlim siyasətlərinə etiraz məqsədi ilə paytaxtı Berlində velosipedli nümayiş keçirilib.

1652964
Almaniyada velosipedli aksiya keçirilib

Alman Velosiped Klubunun (ADFC) “Gələcək bu gün başlayır - Nəqliyyatda dəyişiklik indi” şüarı ilə təşkil etdiyi nümayiş çərçivəsində aksiyaçılar Berlinin müxtəlif nöqtələrində toplaşaraq velosiped karvanları təşkil etdilər. Şəhərin mərkəzindəki Brandenburg Kapısına fərqli yollarla gedən etirazçılar, federal və əyalət hökumətlərinin iqlim və nəqliyyat siyasətinə etirazlarını bildiriblər.

“ADFC”-dən yayılan açıqlamada bəzi küçələrin nəqliyyat vasitələrinin keçidlərinə bağlanması, velosiped zolaqlarının genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin təşviq edilməsi istənilib.



Әlaqәli Xәbәrlәr