Peyvənd vurulmasına görə öndə gedən ölkələr
Avropalılardan Fransaya gəlişi zamanı PCR testi tələb olunmayacaq
1652422
İyunun 9-dan etibarən Avropa İttifaqının qəbul etdiyi “Pfizer”, “Moderna”, “AstraZeneca” və “Janssen” peyvəndləri vurulmuş avropalılardan Fransaya gəlişi zamanı PCR testi tələb olunmayacaq. Bu haqda Fransanın turizm üzrə dövlət katibi Jan-Batist Lömuan məlumat verib. Bildirib ki, İsrail, Avstraliya və Yaponiya kimi ölkələrin vətəndaşları da bu müddəadan bəhrələnə biləcəklər. Vurğulayıb ki, İsrail ən çox peyvənd vurulan ölkədir. Hər 10 sakindən 6-sına peyvəndin hər iki dozası vurulub.
Həmçinin Kanada (59 faiz), Birləşmiş Krallıq (58,3 faiz), Çili (56,6 faiz) və ABŞ (51 faiz) kimi ölkələr peyvənd vurulmasına görə öndə gedən ölkələrdəndir. Halbuki Avropa İttifaqı bölgəsində ümumi əhalinin yalnız 39 faizi peyvənd olunub.