ABŞ qubernatoru xalqı yağış duasına çağırdı

ABŞ-ın Utah ştatının qubernatoru Spenser Koks (Spencer Cox) ərazidəki quraqlıqla bağlı xalqı yağış duasına çağırdı

1652528
ABŞ qubernatoru xalqı yağış duasına çağırdı

 

  ABŞ-ın Utah ştatının qubernatoru Spenser Koks (Spencer Cox) ərazidəki quraqlıqla bağlı xalqı yağış duasına çağırdı.

  Neçə müddətdir həddindən artıq quraqlığın baş aldığı Utahda bundan xilas olmaq üçün ilahi qüvvənin köməyinə ehtiyac olduğunu ifadə edən S.Koks deyib: “Bütün inanc sahiblərinin yaşadığı Utah xalqını həftə sonu yağış duasına çıxmağa çağırıram. Ştatda yaşanan quraqlıq əkin və çöl həyatına zərər vurur, ölümcül yanğınlara səbəb yaradır. Birlikdə dua etsək, Allaha, ya da nəyə inanırsınızsa, ondan yağış yağdırmasını istəsək, sürən quraqlığın ölümcül nəticələrindən qurtula bilərik”.

  Xatırladaq ki, Utah keçən il də şiddətli quraqlıq yaşamış, bu səbəbdən ştatda ciddi yanğınlar çıxmışdı. Keçən il də, bu il də vali quraqlıqla əlaqədar fövqəladə vəziyyət elan edib.

  Quraqlığın təsiri altında olan başqa ştat isə Kaliforniyadadır ki, qubernator Qevin Nyusom (Gavin Newsom) 10 mayda burada fövqəladə vəziyyət elan olunduğunu bildirib.



Әlaqәli Xәbәrlәr