Qətər Liviyada səfirliyini yenidən açacaq

Qətərin xarici işlər naziri Məhəmməd ibn Əbdürrəhman əl-Sani Liviyanın paytaxtına rəsmi səfərə gedib

1644277
Qətər Liviyada səfirliyini yenidən açacaq

 

  Liviya xarici işlər naziri Necla əl-Menguş yaxınlarda Qətər Səfirliyinin Trablusda yenidən açılacağına işarə edib.

  Qətərin xarici işlər naziri Məhəmməd ibn Əbdürrəhman əl-Sani Liviyanın paytaxtına rəsmi səfərə gedib. Ölkənin baş naziri Əbdülhəmid Dibeybe tərəfindən qəbul edilən əl-Sani həmkarı Necla əl-Menguş ilə də görüşdükdən sonra təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər.

  Liviyanın xarici işlər naziri Necla əl-Menguş burada etdiyi çıxışında deyib: "İki ölkə arasında müqavilələr bağlanılması ilə bağlı razılığa gəldik. Paytaxt Trablusda Qətər Səfirliyinin açılmasını istəyirik və bu mövzuda yaxşı xəbərlər gözləyirik”.

  Qətər xarici işlər naziri Əbdürrəhman əl-Sani isə öz növbəsindəki çıxışında bunları söyləyib: “Liviyada Birləşmiş Millətlər Təşkilatının başçılığı ilə icra edilən siyasi müddəti həmişə dəstəklədik. Bundan sonra isə artıq iki ölkə arasında işçi qrupları yaradılacaq, səlahiyyətlilərin qarşılıqlı görüşləri olacaq və davam edəcək”.

 



Әlaqәli Xәbәrlәr