Bir sıra ölkәdә İsrailin törәtdiyi hücumlara qarşı etiraz aksiyaları keçirilib

Bir sıra ölkәdә İsrailin Әqsa mәscidinә vә fәlәstinlilәrә tәşkil etdiyi hücumlara qarşı etiraz aksiyası keçirilir.

1640412
Bir sıra ölkәdә İsrailin törәtdiyi hücumlara qarşı etiraz aksiyaları keçirilib

Bir sıra ölkәdә İsrailin Әqsa mәscidinә vә fәlәstinlilәrә tәşkil etdiyi hücumlara qarşı etiraz aksiyası keçirilir.

Almaniyanın paytaxtı Berlindә  Almaniya Gәnclik Dәnәyi vә Fәlәstin dәrnәklәri tәrәfindәn etiraz aksiyası keçirilib. Aksiyaçılar ‘‘Bild’’ vә ‘‘Welt’’ qәzetlәrinә tәbe olan Axel-Spinger şirkәtinin qarşısında qurumun yayım siyasәtini tәnqid edib.

Hollandiyanın paytaxtı Amsterdamdakı Dam meydanında toplanan 2 min aksiyaçı İsrailin Şәrqi Qüds vә Qәzza zolağındakı fәlәstinlilәrә qarşı sәrt müdaxilәsinә vә hücumlarına  reaksiya göstәrib. Fәlәstin bayraqları daşıyan aksiyaçılar İsrailin hücumları nәticәsindә hәyatını itirәnlәrә dua ediblәr.

Yunanıstanın paytaxtı Afinada Yunanıstan Kommunist Partiyasının çağırışı ilә toplanan beş min aksiyaçı ilk olaraq İsrailin Afinadakı sәfirliyinә daha sonra isә Amerika Birlәşmiş Ştatlarının Afinadakı sәfirliyinә doğru yürüş edib.

Etiraz aksiyasında ‘‘Qatil İsrail’’ vә ‘‘Fәlәstinә azadlıq’’ kimi süarlar sәslәndirilib.

İsveçdә dә bir araya gәlәn yüzlәrlә gәnc Fәlәstinin bu ölkәdәki sәfirliyi qarşısında aksiya keçirib. Aksiyaçılar ‘‘İsrail uşaqlarımızı öldürür’’, ‘‘Qatil İsrail’’, ‘‘Fәlәstinә azadlıq’’  şüarlarını sәslәndiriblәr.



Әlaqәli Xәbәrlәr