Antony Blinken 5 ölkədən olan həmkarı ilə görüşüb

ABŞ Dövlət departamentinin rəhbəri Antony Blinken, Misir, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan və Fransa xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçirib.

1640521
Antony Blinken 5 ölkədən olan həmkarı ilə görüşüb

Danışıqlarda İsrail-Fələstin münaqişəsində şiddətə son qoyulması və sülhün bərpa edilməsinə dair atılası addımlar müzakirə edilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, dövlət katibi Blinkenin 5 ölkədən olan həmkarı ilə etdiyi telefon danışıqlarına dair məlumat yayıb. Qeyd edib ki, Dövlət katibi Blinken, Misir Xarici İşlər Naziri Semih Şükri ilə baş tutan danışıqda İsrail və Fələstin tərəflərini gərginliyi azaltmağa və şiddəti dayandırmağa çağırıb. Misirə bu sahədə etdiyi səylərinə görə təşəkkür edib. İsrail, Qəzza və İordan çayının qərb sahilindəki şiddətə son qoymaq uğrunda atılan addımları müzakirə edən Blinken, Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Feysəl ibn Fərhan Əl Səud ilə görüşündə isə Fələstinlilər və İsraillilərin həyatlarını itirməsindən narahat olduqlarını qeyd edib. Fələstinlilərin və israillilərin azadlıq, güvən, ləyaqət və firavanlıq içində yaşamaq hüquqlarının eyni olduğuna diqqət çəkən Blinken həmkarı ilə Yəməndəki son vəziyyət və Səudiyyə Ərəbistanındakı insan haqları ilə bağlı hazırkı proseslər barədə fikir mübadiləsi aparıb. Blinkenin, Qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Al-Tani və Fransız həmkarı Jean-Yves Le Drian ilə görüşündə də İsrail-Fələstin münaqişəsində artan şiddətə son qoyma prosesləri müzakirə edilib.

Pakistan xarici işlər naziri Mahmud Qureyşi ilə də danışan Blinken, Pakistanın Əfqanıstan sülh prosesi ilə əlaqəli dəstəyinin davam etdirilməsinin vacibliyini vurğulayıb. ABŞ ilə Pakistan arasında əməkdaşlığın davam edəcəyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr