Mahmud Abbas ilə Cozef Bayden arasında telefon danışığı olub

Fələstinin dövlət başçısı Mahmud Abbas ilə ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

1639983
Mahmud Abbas ilə  Cozef Bayden arasında telefon danışığı olub

Fələstinin dövlət başçısı Mahmud Abbas ilə ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Beləliklə, Baydenin prezident vəzifəsinə başladığı yanvar ayından bu yana iki lider arasında ilk görüş baş tutub.

Telefon danışığında Fələstindəki və bölgədəki vəziyyət müzakirə edilib.

Fəth Hərəkatı Mərkəzi İcra Komitəsinin üzvü və İsrail ilə əlaqələrdən məsul Hüseyn əş-Şeyx sosial media hesabında paylaşım edərək, Fələstinin dövlət başçısı M. Abbasa ABŞ prezidenti Baydendən telefon zəngi gəldiyini qeyd edib.
Şeyx, Abbas və Baydenin görüş zamanı bölgədəki son inkişafları və hadisələri müzakirə etdiklərini qeyd etdi.

Abbasın 13 mayda da bölgədəki gərginliyi azaltmaq üçün ABŞ Dövlət katibi Entoni Blinken ilə görüş keçirdiyi açıqlanmışdı.

10 maydan bu yana İsrailin Qəzzaya etdiyi hücumlarda 145 fələstinli həlak olub.



Әlaqәli Xәbәrlәr