İsrailin Qəzzaya hücumlarına etiraz edilib

İsrailin Şərqi Qüds və Qəzzadakı hücumlara etiraz olaraq Kanadanın müxəlif şəhərlərində və ABŞ-ın paytaxtında minlərlə insanın iştirakı ilə eyni anda nümayişlər keçirilib.

1640052
İsrailin Qəzzaya hücumlarına etiraz edilib

İsrailin Şərqi Qüds və Qəzzadakı hücumlara etiraz olaraq Fələstin tarixinin ən mühüm mərhələlərindən biri olan "Nakba"nın (Böyük fəlakət) ildönümü olan 15 mayda Kanadanın müxəlif şəhərlərində minlərlə insanın iştirakı ilə eyni anda nümayişlər keçirilib.

Torontoda Bələdiyyə binasının qarşısındakı Nathan Phillips meydanında yerli vaxtla 19: 00-da başlayan nümayişə on mindən çox insan qatılıb.

Etirazdan əvvəl edilən çıxışlarda bunun anti-yəhudi deyil, anti-sionist bir hərəkət olduğu vurğulanıb.

Nümayişçilər "Azad Fələstin", "Şeyx Cərrahı xilas et" və "Fələstin, Qüds və Qəzza azad olacaq" şüarları səsləndiriblər.  

ABŞ-ın paytaxtı Vaşinqtonda toplanan minlərlə insan da Fələstinə dəstək vermək və İsrailə reaksiya göstərmək üçün Vaşinqton abidəsindən Konqres binası istiqamətində yürüş keçirib.

İsrail və İsrailin Fələstinlilərə etdiyi hücumlara qarşı susan ABŞ rəhbərliyinə reaksiya göstərən etirazçılar Vaşinqton abidəsindən başlayaraq ABŞ Konqres binasının qarşısına yürüşlərini davam etdiriblər.

Təxminən 3 saat davam edən Fələstinə dəstək nümayişi insidentsiz başa çatıb.



Әlaqәli Xәbәrlәr