Xalid Məşəl İsrailin hücumlarına münasibət bildirib

HƏMAS-ın keçmiş siyasi bürosunun rəhbəri Xalid Məşəl müqavimətin sionist düşmənlə atəşkəsi qəbul etməsinin şərtlərini açıqlayıb.

1639788
Xalid Məşəl İsrailin hücumlarına münasibət bildirib

HƏMAS-ın keçmiş siyasi bürosunun rəhbəri Xalid Məşəl müqavimətin sionist düşmənlə atəşkəsi qəbul etməsinin şərtlərini açıqlayıb.

Xalid Məşəl TRT ərəbcəyə verdiyi müsahibəsində, müqavimətin İsrail rejiminə qarşı hücumları dayandırması şərtlərini açıqlayıb: “HƏMAS-ın sionist rejimə qarşı hücumları dayandırma tələbləri arasında işğalçı qüvvələrin Əl-Əqsa məscidindən geri çəkilməsi və namazların sərbəst şəkildə qılına bilinməsi və fələstinlilərin Əl-Əqsa məscidində olmasına imkan verilməsidir.

Məşəl "Bu, milli bir mübarizədir. Çünki biz bu torpaqlarda yaşayan bir xalq idik və işğalçı qruplar gəlib bizi ev-eşiyimizdən etdi. Yəni bu, işğalçılara qarşı bir müqavimətdir. Onlarla yəhudi olduqları üçün deyil, işğalçı olduqları üçün mübarize aparırıq. Torpaqlarımızı müdafiə etmə hüququmuz var" deyib.

Xalid Məşəl İsrail rejiminin Qəzza və Qüdsə hücumlarını dayandırmaq üçün Türkiyə, Qətər və Misirin addımlarına toxunaraq, belə deyib: “HƏMAS vasitəçilərə düşmənin əvvəlcə hücumlarını və təcavüzlərini dayandırmalı olduğunu bildirdi”.

O bildirib ki, işğalçı rejim Qüdsün Şeyx Cərrah məhəlləsinin sakinlərini evlərindən didərgin salma cinayətini də dayandırmalı, Qüdsdəki son gərginlikdəki məhbusları azad etməli və Qəzzadakı hərbi təcavüzü dayandırmalıdır.

 



Әlaqәli Xәbәrlәr