İslam Əməkdaşlıq Təşkilatının İsrail və Fələstinlə bağlı iclası bazar günü keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatı İsrailin Qüds və Əl-Əqsaya hücumlarını müzakirə etmək üçün bazar günü nazirlər səviyyəsində növbədənkənar yığıncaq keçirəcək.

1639172
İslam Əməkdaşlıq Təşkilatının İsrail və Fələstinlə bağlı iclası bazar günü keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin Qüds və Əl-Əqsaya hücumlarını müzakirə etmək üçün bazar günü (16 may) nazirlər səviyyəsində növbədənkənar yığıncaq keçirəcək.

İƏT-nin bununla bağlı bəyanatında Təşkilatın Səudiyyə Ərəbistanının istəyi ilə Fələstindəki son hadisələri müzakirə etmək üçün xarici işlər nazirləri səviyyəsində onlayn görüş keçirəcəyi ifadə edilib.

Bəyanatda toplantının 16 may bazar günü təşkil ediləcəyi və İsrailin Fələstin ərazilərinə, xüsusən Qüds və Əl-Əqsaya qarşı hücumların müzakirə ediləcəyi vurğulanıb.

Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa və Şeyx Cerrah məhəlləsindən çıxması üçün 10 may bazar ertəsi günü yerli vaxtla 18:00-a qədər müddət vermişdi.

İsrail polisinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxmaması qarşısında fələstinli müqavimət qrupları İsrailə çox sayda raket atmışdır.

Bunun qarşısında İsrail ordusu Qəzza zolağına istiqamətli "Divarların mühafizəsi" adlı hərbi əməliyyat başladıldığını elan etdi.

Qeyd edək ki, İsrailin Qəzzaya etdiyi hücumlarda indiyə qədər 18 uşaq olmaqla 109 fələstinli şəhid olub, 621 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr