İsrail polisinin sәrt müdaxilәsi nәticәsindә hәyatını itirәn fәlәstinlilәrin sayı 35 nәfәrә çatıb

İsrail polisi işğal altındakı Şәrqi Qüdsdә yerlәşәn Әqsa mәscidindәki fәlәstinli gәnclәrә sәs bombası ilә hücum edib.

1638185

Şәqi Qüdsün köhnә şәhәr bölgәsindә yerlәşәn Әqsa mәscidindә qılınan işa vә tәravih namazlarından sonra fәlәstinli gәnclәr Qiblә mәscidi ilә Kubbetus Sahra arasında toplanıb.

İsrail polisinin bir müddәt sonra gәnclәrә sәs bombası ilә müdaxilә etdiyi bildirilib. Fәlәstinli gәnclәr isә İsrail polisinә daş atıb.

İsrail polisinin tәravih namazından sonra da bölgәdә  toplanan fәlәstinli gәnclәrә müdaxilә etdiyi qeyd olunub. Bәzi gәnclәr saxlanılıb.

Fәlәstin Qızıl Aypara Cәmiyyәtinin verdiyi bәyanatda İsrail polisinin Әqsa mәscidindә yaşanan hadisәlәr zamanı yaralananlara tibbi müdaxilә üçün gәlәn sәhiyyә işçilәrinә icazә vermәdiyi bildirilib.

İsrailin günlәrdir davam etdirdiyi hücumlar nәticәsindә hәyatını itirәn fәlәstinlilәrin sayı 35-ә çatıb, xәsarәt alanların sayı da 200-ü keçib.

Әlaqәli Xәbәrlәr