İsrailә mәxsus döyüş tәyyarәlәri mülki yaşayış mәntәqәlәrini hәdәf alır

Qәzza zolağındakı Fәlәstin Sәhiyyә Nazirliyi İsrail әsgәrlәrinin tәşkil etdiyi hücumlar nәticәsindә hәyatını itirәnlәrin sayının 48 nәfәrә çatdığını açıqlayıb.

1638407
İsrailә mәxsus döyüş tәyyarәlәri mülki yaşayış mәntәqәlәrini hәdәf alır

 

Qәzza zolağındakı Fәlәstin Sәhiyyә Nazirliyi İsrail әsgәrlәrinin tәşkil etdiyi hücumlar nәticәsindә hәyatını itirәnlәrin sayının 48 nәfәrә, xәsarәt alanların sayının da 304-ә  çatdığını açıqlayıb.

Mühasirә altındakı Qәzza zolağına hava zәrbәlәri endirmәyә davam edәn İsrail mülki yaşayış mәntәqәlәri, infranstruktur vә hәrbi bölmәlәri vurub.

Bu barәdә Qәzzadakı Daxili İşlәr Nazirliyinin sözçüsü İyad әl-Buzum mәlumat verib.

Hücumların Qәzza zolağı vә Xan Yunis şәhәrlәrindә intensivlәşdiyinә diqqәt çәkilib.

Sәhәr saatlarında davam edәn hücumlar zamanı prospektlәrin vә infrastrukturun hәdәf alındığı ifadә edilib.

Mәlumata görә, İsrail döyüş tәyyarәlәri  Qәzzadakı 13 mәrtәbәli  binanı da hәdәf alıb.

Binanın yaxınlığında yerlәşәn Türkiyә Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA) ofisinә dә ziyan dәyib.

İsrailә aid döyüş tәyyarәlәri mülki vәtәndaşların yaşadığı 9 mәrtәbәli binaya da hücum tәşkil edib.

Qeyd edәk ki, İsrail polisi sübh namazından sonra yenә Әqsa mәscidindәki gәnclәrә hücum edib. İsrail polisinin fәlәstinli gәnclәrә rezin güllә ilә müdaxilә etdiyi bildirilib.

 

 

 

 



Әlaqәli Xәbәrlәr