Fransa Baş Qərargah rəisi François Lecointre bir qrup əsgəri istefaya çağırıb

Fransa Baş Qərargah rəisi François Lecointre, prezident Emmanuel Macron və hökumətinə vətəndaş müharibəsi xəbərdarlığı edən vəzifəli əsgərləri ordudan istefa etməyə çağırıb.

1638307
Fransa Baş Qərargah rəisi François Lecointre bir qrup əsgəri istefaya çağırıb

Lecointre ordudakı bütün əsgərlərə ünvanladığı məktubda bir qrup əsgər tərəfindən Valeurs Actuelles-də anonim olaraq dərc olunan memorandumla bağlı fikirlərini bölüşüb.

Mətni imzalayan əsgərlərin fikirlərini sərbəst şəkildə müdafiə etmək üçün yeganə yolun vəzifələrindən istifa etmək olduğunu ifadə edən Lecointre, hər bir əsgərin yerinə yetirməli olduğu öhdəliklərə son həftələrdə sadiq qalınmadığını vurğulayıb. Əsgərləri sağlam düşüncələrini göstərməyə dəvət edən Baş qərargah Başçısı Lecointre: “Hər bir əsgər istədiyini düşünməkdə sərbəstdir, ancaq mülki və əsgər məsuliyyətləri bir-birindən fərqləndirilməlidir. Bu da əsgərin əsas öhdəliklərindən biri hesab edilir”.

 



Әlaqәli Xәbәrlәr