Kabildә partlayış törәdilib, ölәnlәr var

Bu barәdә Әfqanıstan Daxili İşlәr Nazirliyinin sözçüsü Tarık Aryen mәlumat verib.

1636668
Kabildә partlayış törәdilib, ölәnlәr var

 

Әfqanıstanın paytaxtı Kabildәki Sәid ul Şuhәdә mәktәbinin qarşısında törәdilәn hücum nәticәsindә 30 nәfәr hәyatını itirib.

Bu barәdә Әfqanıstan Daxili İşlәr Nazirliyinin sözçüsü Tarık Aryen mәlumat verib.

Hücum nәticәsindә 30 mülki vәtәndaşın hәyatını itirdiyini ifadә edәn Aryen 52 mülki vәtәndaşın da yaralandığını deyib. Әfqanıstan Daxili İşlәr Nazirliyinin sözçüsü ölü sayının arta bilәcәyini  istisna etmәyib.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Taliban isә hücumu qınadığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr