Avropa İttifaqı İsrailə çağırış edib

Avropa İttifaqı (Aİ) İsraili işğal altındakı Fələstin torpaqlarında yeni yaşayış məskənləri salma qərarından imtina etməyə çağırıb.

1635250
Avropa İttifaqı İsrailə çağırış edib

Aİ-nın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell-in ofisindən bu barədə yayılan açıqlamada, İsrail səlahiyyətlilərinin Haroma-da 540 yeni ev inşa ediləcəyinə dair şərhləri xatırladılıb. Bu planın və Givat Hamatosdakı məskunlaşma yerlərinin inşa edilməsi ilə Şərqi Qüds- Betlehəm arasındakı əlaqəni kəsəcəyinə, bunun isə iki dövlətli həll üçün aparılan danışıqlara xələl gətirəcəyinə diqqət çəkilib.

İşğal altındakı Fələstin ərazilərində inşa edilən bütün yaşayış məskənlərinin beynəlxalq hüquqa zidd olduğu ifadə edilən açıqlamada, Aİ-nin Qüds daxil olmaqla 1967-ci il sərhədləri ilə əlaqəli razılaşma olmazdan heç bir dəyişikliyi qəbul etmiyəcəyi vurğulanıb.

Avropa İttifaqı İsrail hökumətini məskunlaşma tikintisini dayandırmağa və son qərarlarını təcili olaraq dəyişdirməyə çağırır deyilən açıqlamada Şərqi Qüdsdə fələstinlilərə məxsus binaların dağıdılması və Fələstinlilərin evlərindən çıxarılması hadisələrinin artması və ehtimal olunan yeni söküntülərdən narahatlıq duyulduğu, belə birtərəfli hərəkətlərin beynəlxalq humanitar hüquqda yeri olmadığı qeyd edilib. İsrail səlahiyyətlilərin bu fəaliyyətləri dayandırmalarının və Fələstin icmalarının inkişafı və qanuni quruluş üçün müvafiq icazələrin verilməsinin əhəmiyyəti vurğulanıb.



Әlaqәli Xәbәrlәr