ABŞ dövlət departamentinin rəhbəri Entoni Blinken Ukraynada səfərdədir

Entoni Blinken Rusiya ilə ölkəsi arasında gərginliyin davam etdiyi bir dövrdə Ukraynaya reallaşdırdığı səfər çərçivəsində Paytaxt Kiyevdə həmkarı Dmytro Kuleba ilə görüşüb.

1635194
ABŞ dövlət departamentinin rəhbəri Entoni Blinken Ukraynada səfərdədir

Blinken danışıq zamanı ölkəsinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təkrar edib. O səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelensky ilə də bir araya gələcək.

Xatırladaq ki, Vladimir Zelensky ölkəsinin NATO üzvlüyü üçün Vaşinqtondan dəstək gözlədiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr