Kolumbiyada davam edən etiraz aksiyaları zamanı ölənlərin ayı artmaqda davam edir

Kolumbiyada hökumətin vergi islahatlarına qarşı bir neçə gündür davam edən etiraz aksiyaları zamanı həlak olanların sayı 17-yə çıxıb.

1633307

431 nəfərin isə saxlanıldığı bildirilib. 

Ölkənin milli müdafiə naziri Dieqo Molano “Twitter” səhifəsində etdiyi paylaşımında etiraz aksiyaları zamanı 457 polis məmuru da daxil olmaqla, 711 nəfərin yaralandığını vurğulayıb.

Qeyd edək ki, etiraz aksiyaları paytaxt Boqota daxil olmaqla, Cali, Medellin və digər şəhərlərdə qeydə alınıb. Hökumət islahatı dəyişdirməyə razı olsa da, etirazlar davam edib.

Әlaqәli Xәbәrlәr