İsrail polisi 10 fələstinlini yaralayıb

İsrail polisi Qüdsdəki Şeyx Cerrah məhəlləsində 10 fələstinlini yaralayıb.

1633376
İsrail polisi 10 fələstinlini yaralayıb

İsrail polisi Qüdsdəki Şeyx Cerrah məhəlləsində 10 fələstinlini yaralayıb.

Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, işğal qüvvələri ilə mübahisə zamanı 10 Fələstin vətəndaşı yaralanıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Şahidlər İsrail qüvvələrinin Şeyx Cerrah məhəlləsindəki fələstinlilərin evlərinə çirkli su atdığını və qanunsuz məskunlaşanların da məhəllə xalqına hücum etdiyini söyləyiblər.

İsrail polisinin Şeyx Cərrah sakinləri ilə həmrəylik içindəki bəzi fələstinliləri saxladığını bildirən şahidlər tutulanların sayı barədə məlumat verməyib.



Әlaqәli Xәbәrlәr