Bayden qaçqınların ABŞ-a qəbulu limitini artıracağına dair vədini yerinə yetirib

ABŞ prezidenti Co Bayden 2021-ci il maliyyə ilində qaçqınların qəbulu limitini 62,5 min nəfərə qədər artırıb.

1633306
Bayden qaçqınların ABŞ-a qəbulu limitini artıracağına dair vədini yerinə yetirib

ABŞ prezidenti Co Bayden 2021-ci il maliyyə ilində qaçqınların qəbulu limitini 62,5 min nəfərə qədər artırıb.

Bu barədə dövlət başçısının Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında bildirilib.

Qəbul edilən sənəddə qeyd edilib ki, bu, əvvəlki rəhbərlik tərəfindən təyin olunmuş, Amerikanın qaçqınları qəbul edən və dəstəkləyən bir ölkə kimi dəyərlərini əks etdirməyən, tarixən 15 000 nəfərlik aşağı kvotasını ləğv edir. Qaçqınların qəbulunun yeni limiti həmçinin qaçqınların qəbulu məsələsində ABŞ-ın imkanlarının genişləndirilməsi üzrə təşəbbüs göstərilən səylərə imkan yaradacaq ki, növbəti maliyyə ilində 125 min qaçqını qəbul etməyə nail ola bilək.

Xatırladaq ki, cari maliyyə ilində 15 min nəfərlik kvota oktyabrın sonunda ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən müəyyənləşdirilmişdi.



Әlaqәli Xәbәrlәr