Padma çayında iki gәmi toqquşub, 26 ölü

Banqladeşdə iki gəminin toqquşması nəticəsində ən azı 26 nəfər ölüb.

1632889
Padma çayında iki gәmi toqquşub, 26 ölü

Dakka Tribununda әks edәn xәbәrdә hadisәnin Banqladeşin Madaripur bölgəsindəki Padma çayında  Şibçar şəhərinə yaxın limanda baş verdiyi  bildirilib.

Polisin verdiyi məlumata görə, göyərtəsində 30-dan çox sərnişin olan gəmi qum daşıyan gəmi ilə toquşub.

Məlumata görə, axtarışlar zamanı arasında bir qadın olmaqla 26 nəfərin meyiti çıxarılıb.

Polis axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

 



Әlaqәli Xәbәrlәr