Afrika Birliyi Somali rәhbәrliyinin seçkilәrlә bağlı qәrarını mәmnuniyyәtlә qarşılayıb

Afrika Birliyi Somali rәhbәrliyinin seçkilәrin әn qısa müddәtdә keçirilmәsi ilә bağlı qәbul etdiyi qәrarı mәmnuniyyәtlә qarşıladığını bildirib.

1632533

Afrika Birliyinin verdiyi bәyanatda deyilir: ‘‘Afrika Birliyi Komissiyasının sәdri Musa Faki Muhammed Somali prezidenti Muhammed Abdullah Fermacunun göstәrişi ilә Somali parlamentinin aşağı palatası olan Federal Mәclisdә baş tutan iclasda seçkilәrin әn qısa müddәtdә keçirilmәsi ilә bağlı qәbul edilәn qәrarı mәmnuniyyәtlә qarşılayıb’’.

Qeyd edәk ki, ölkәdә aylardır seçkilәrlә bağlı gәrginlik yaşanırdı. Prezident Muhammed Abdullah Fermacunun vәzifә muddәtinin sona çatmasına baxmayaraq vәzifәsini icra etmәyә davam etmәsi  müxalifәtin vә bәzi әyalәtlәrin liderlәrinin reaksiyasına sәbәb olmuşdu.

Fermacu vә әyalәtlәrin liderlәri 2020-ci ilin 17 sentyabr tarixindә Moqadişoda görüşәrәk seçki prosesi ilә bağlı razılıq әldә etsәlәr dә, federal seçki komissiyasında yaşanan anlaşmazlıqlar sәbәbindәn seçkilәrin tarixi  müәyyәnlәşdirilmәmişdi.

Әlaqәli Xәbәrlәr