Hindistanda koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın baş verib, ölənlər olub

Hindistanın Qucarat ştatında "Covid-19" xəstələrinin müalicə aldığı xəstəxanada baş verən yanğında 15 nəfər ölüb.

1631803
Hindistanda koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın baş verib, ölənlər olub

Hindistanın Qucarat ştatında "Covid-19" xəstələrinin müalicə aldığı xəstəxanada baş verən yanğında 15 nəfər ölüb.

Hadisə Bharuç şəhərindəki xəstəxananın "Covid-19" xəstələrinin yerləşdirildiyi 4-cü mərtəbəsində gecə saat 1:00 radələrində baş verib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər xəstəxananın digər mərtəbələrində olan 50 pasiyenti təxliyə ediblər. Onlar ilk olaraq 12 nəfərin meyitini aşkarlayıblar. Axtarış işlərinin gedişində daha 6 meyit tapılıb. Onların bəzisi yanğın xəsarətindən, digərləri isə tüstüdən boğularaq ölüb.

Hələlik yanğının nədən baş verdiyi bilinmir.



Әlaqәli Xәbәrlәr