Yəməndə partlayışlar olub, 5 ölü

Yəmənin qərbində yerləşən Hudeydə və cənubdakı Taizdə törədilən partlayışlar nəticəsində 5 uşaq həyatını itirib.

1631286
Yəməndə partlayışlar olub, 5 ölü

Birləşmiş Millətlər Təşkilatının Hudeyde Sazişinə Dəstək Missiyasının (UNMHA) hadisələr ilə əlaqəli açıqlamasında bildirilib ki, Hudeydənin Əl-Muravaa rayonunda partlamamış döyüş sursatın partlaması nəticəsində 3 uşaq həyatını itirib, üç nəfər yaralanıb. Açıqlamada Yəməndə döyüşən tərəflər yaşayış yerlərindəki döyüş sursat qalıqlarını təmizləməyə çağırılıb.

Yəmən ordusunun şərhindi isə Taizin qərbində yerləşən Makbana qəsəbəsində husilər tərəfindən atılan mərminin partlaması nəticəsində iki uşaq ölüb.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ildən bəri paytaxt Sənaya və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ildən bəri husilərə qarşı Yəmən hökumətinə dəstək verir.



Әlaqәli Xәbәrlәr