Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: Hər iki tərəfdən ölən və yaralananlar olub

Qırğızıstan-Tacikistan sərhədindəki suya nəzarət səbəbindən baş verən silahlı qarşıdurmada hər iki tərəfdən 13 nəfər həyatını itirib, 165 nəfər yaralanıb.(YENİLƏNİB)

1631071
Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: Hər iki tərəfdən ölən və yaralananlar olub

Qırğızıstan-Tacikistan sərhədindəki suya nəzarət səbəbindən baş verən silahlı qarşıdurmada hər iki tərəfdən 13 nəfər həyatını itirib, 165 nəfər yaralanıb. 

Qarşıdurmalar çərşənbə günü sərhəddəki bir sahilə nəzarət kamerası qoyulduqdan sonra başladı.

Tərəflər atəşkəs və qoşunların geri çəkilməsi barədə razılığa gəlsələr də, qarşıdurmalar davam edib.

Qırğızıstan həyatını itirənlərin sayını açıqlasa da, Tacikistana dair məlumatlar qeyri-müəyyən olaraq qalır.

Digər tərəfdən, Qırğızıstan Prezidenti Sadır Caparov sosial mediada verdiyi açıqlamada "Qırğızıstanın bütün sakinlərini, hər şeydən əvvəl siyasi qüvvələri və medianı sakit olmağa, təxribatlar qarşısında baş əyməməyə, düşmənçilik və fikir ayrılıqlarına səbəb olmamağa çağırıram" deyib.

Bundan əlavə, bölgədəki 800-ə yaxın Qırğızıstan vətəndaşının təhlükəsiz bölgəyə təxliyə edildiyi öyrənilib.



Әlaqәli Xәbәrlәr