İsraildə dini bayram zamanı tribuna çöküb, 44 nəfər həlak olub

Hadisə İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində baş verib.

1631072
İsraildə dini bayram zamanı tribuna çöküb, 44 nəfər həlak olub

İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində azı 38 nəfər ölüb.

Hadisə nəticəsində 103-dən çox insan yaralanıb, onlardan altısının vəziyyətinin ağır olduğu bildirilib.

Baş nazir Binyamin Netanyahu "Twitter" hesabından etdiyi paylaşımda hadisənin "ağır fəlakət" olduğunu və yaralıların sağalması üçün dua etdiklərini dilə gətirib.



Әlaqәli Xәbәrlәr