Yaponiya Parlamenti “RCEP” müqaviləsini təsdiqlədi

Yaponiya Parlamenti, Asiya Pasifikdəki 15 ölkəni əhatə edən Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RCEP) müqaviləsini təsdiqlədi.

1629844
Yaponiya Parlamenti “RCEP” müqaviləsini təsdiqlədi

Yaponiya Parlamentinin Yuxarı Palatasının (Sangiin) Məsləhət Şurası, ölkənin “dünyanın ən böyük sərbəst ticarət müqaviləsi” kimi xarekterizə edilən “RCEP” müqaviləsində iştirakını təsdiqlədi.

İctimai yayım orqanı NHK-in məlumatına görə müqavilə ilə yaranacaq ixrac, investisiya və istehlak imkanlar sayəsində ölkənin ümumi milli məhsulu 2,7% artacaq.

Kyodo agentliyinə görə, RCEP Yaponiyanın həm “ən böyük ticarət tərəfdaşı” Çin, həm də “üçüncü böyük ticarət tərəfdaşı” Cənubi Koreya ilə ilk ticarət razılaşması hesab edilir.

Əmtəə ticarəti tariflərini əhəmiyyətli dərəcədə endirəcəyi gözlənilən RCEP müqaviləsi ilə dünya əhalisinin və ticarətinin 30 faizini əhatə edəcək sərbəst zona yaratması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr