Nigeriya ABŞ-dan yardım tələb edib

Nigeriya Prezidenti Məhəmməd Buxari, ABŞ Dövlət departamentinin rəhbəri Antony Blinken ilə onlayn görüşüb.

1629869
Nigeriya ABŞ-dan yardım tələb edib

TRT-nin bölgə müxbirinin ölkə rəsmilərinə istinat etdiyi məlumata görə prezident Buxari görüş zamanı Afrikada artan təhlükəsizlik hadisələrinə toxunub və ABŞ-dan tələb edib ki, Amerikanın Afrika Qüvvələrinin (AFRICOM) Almaniyanın Stuttgart şəhərindəki qərargahı Afrikaya köçürülsün. Buxari Nigeriyadakı təhlükəsizlik məsələlərindən böyük narahatlıq duuyduqlarını ölkəsinin Sahel, Mərkəzi və Qərbi Afrikadakı mövcud çətinliklər və Çad Gölü Hövzəsində cərəyan edən hadisələrdən mənfi təsirləndiyini bildirib.



Әlaqәli Xәbәrlәr