Myanmada baş verən qarşıdurmada ən az 10 əsgər həlak olub

Myanmanın Banqladeşlə olan Cin əyalətində çevriliş əleyhinə etnik silahlı qrupla Myanma ordusu arasındakı qarşıdurmada Myanma ordusundan ən az 10 əsgər həlak olub.

1629651

1 fevraldakı hərbi çevrilişdən sonra Myanma ordusuna qarşı etirazçıları müdafiə etmək üçün qurulan Cinland Müdafiə Birliklərinin (CDF) icraçı direktoru vilayətin Mindat şəhərində dünən (27 aprel) baş verən qarşıdurmalar barədə "The Irrawaddy" qəzetinə açıqlama verib. 

CDF-nin direktoru dünən axşam şəhərin dağlıq ərazilərindəki ordu konvoyuna basqın nəticəsində ən azı 10 əsgər öldürdüklərini və qarşıdurmaların gün boyu davam etdiyini bildirib. 

Ordunun bu səhər radələrində hücumlara başladığını ifadə edən rəsmi "Minaatan və RPG ilə cavab verdilər. Bizi ağır bombaladılar" deyib.

Etiketlәr: #Myanma ordusu

Әlaqәli Xәbәrlәr