Portuqaliyada koronavirus ilə əlaqəli ilk dəfə ölüm qeydə alınmadı

Portuqaliyada yeni növ koronavirus (Kovid-19) hadisələrinin və ölümlərinin azalmağa başladığı 8 aydan sonra ilk dəfə epidemiya ilə əlaqəli ölüm qeydə alınmadığı bildirilib.

1629214
Portuqaliyada koronavirus ilə əlaqəli ilk dəfə ölüm qeydə alınmadı

Səhiyyə Baş İdarəsinin Kovid-19 ilə əlaqəli açıqladığı yeni hesabata görə sutka ərzində ölkədə 196 yeni hadisə aşkar olunarkən, virusa görə heç bir ölüm qeydə alınmayıb. 2020-ci ilin avqust ayının 2-dən sonra, ilk dəfə dünən Kovid-19 səbəbi ilə ölüm olmadığına diqqət çəkilən hesabatda Fövqəladə vəziyyətin 30 aprelə qədər davam edəcəyi, İspaniya ilə quru sərhəddən keçişlərin xüsusi icazələrlə mümkün olacağı bildirilib.

Qeyd edək ki, hökumət yanvarın yarısından sonra tətbiq olunan ümumi bağlanma və məhdudiyyətlərə hadisə və ölümlərin azalması səbəbi ilə 5 aprel tarixindən sonra tədricən son qoymağa başlayıb. Bu çərçivədə 19 aprel tarixində məktəblərdə üz-üzə təhsil başlayıb. muzeylər, ticarət müəssisələri yenidən açılıb.



Әlaqәli Xәbәrlәr