Con Kirbi: ‘‘Türkiyә ilә hәrbi münasibәtlәrdә hәr hansı bir dәyişiklik gözlәmirik’’

Bu barәdә Con Kirbi keçirdiyi gündәlik mәtbuat konfransında bildirib.

1628852
Con Kirbi: ‘‘Türkiyә ilә hәrbi münasibәtlәrdә hәr hansı bir dәyişiklik gözlәmirik’’

Amerika Birlәşmiş Ştatları Müdafiә Nazirliyinin sözçüsü Con Kirbi  Co Baydenin 1915-ci il hadisәlәri ilә bağlı verdiyi bәyanatın Türkiyә ilә hәrbi münasibәtlәrә tәsir göstәrmәsini gözlәmәdiklәrini söylәyib.

Bu barәdә Con Kirbi keçirdiyi gündәlik mәtbuat konfransında bildirib.

Con Kirbi Amerika Birlәşmiş Ştatları  prezidenti Co Baydenin 1915-ci il hadisәlәrini qondarma ‘‘soyqırım’’ adlandırmasının iki ölkә arasındakı hәrbi münasibәtlәrә tәsir göstәrib-göstәrmәyәcәyi ilә bağlı sualı cavablandıraraq deyib: ‘‘Xeyr. Türkiyә ilә hәrbi münasibәtlәrdә hәr hansı bir dәyişiklik gözlәmirik. Türkiyә bizim NATO üzrә müttәfiqimizdir. Müxtәlif sahә vә mövzularda bu münasibәtlәri inkişaf etdirmәyә davam edirik. Prezidentin verdiyi bәyanatın hәr hansı bir şәkildә münasibәtlәrimizә tәsir edәcәyini gözlәmirik’’.

Con Kirbi Co Baydenin bәyanatının sonunda Suriyadakı fәaliyyәtlәrindә dә hәr hansı bir dәyişiklik olmayacağını vә bu ölkәdәki ABŞ hәrbçilәrinin mәqsәdinin terror tәşkilatı DEAŞ ilә mübarizә olduğunu bildirdiyini söylәyib.



Әlaqәli Xәbәrlәr