Pakistan 1915-ci il hadisələri ilə bağlı Türkiyənin mövqeyini dəstəkləyib

Pakistanın xarici işlər naziri Şah Mahmud Kureyşi 1915-ci il hadisələrinə görə Türkiyənin mövqeyini dəstəkləyib.

1628133
Pakistan 1915-ci il hadisələri ilə bağlı Türkiyənin mövqeyini dəstəkləyib

Pakistanın xarici işlər naziri Şah Mahmud Kureyşi 1915-ci il hadisələrinə görə Türkiyənin mövqeyini dəstəkləyib.

Diplomatik qaynaqlara görə, Kruyşi xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edib.

Kureyşi həmkarı Mövlud Çavuşoğlu ilə söhbətinin gedişatında ABŞ prezidentinin qondarma soyqırımla bağlı bəyanatı qarşısında Türkiyənin mövqeyini dəstəklədiyini vurğulayıb.

Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə isə, Nazirliyin sözçüsü Zahid Hafiz Çavdri öz növbəsində bildirib ki, rəsmi İslamabadın fikrincə, birtərəfli yanaşmalar və tarixi hadisələrin siyasi kateqorizasiyası ölkələrin arasında etibarı məhv edə və qütbləşməyə gətirib çıxara bilər.

Çavdrinin sözlərinə görə, Pakistan Türkiyə tərəfinin 1915-ci ili hadisələri üzrə birgə araşdırma komissiyasının yaradılması haqqında təklifi də daxil olmaqla, rəsmi Ankaranın bu məsələ üzrə konstruktiv mövqeyini dəstəkləyir.



Әlaqәli Xәbәrlәr