Google Dünya Gününə (Earth Day) özəl Doodle hazırlayıb

Bu gün- 22 aprel - Beynəlxalq Yer Günü qeyd edilir.

1626317
Google Dünya Gününə (Earth Day) özəl Doodle hazırlayıb

Google şirkəti də bununla bağlı Doodle hazırlayıb.

22 aprel niyə Dünya Günü kimi qeyd edilir?

Bu gün ilk dəfə 1969-cu ildə, aprelin 22-də San- Fransiskoda John McConnell tərəfindən təşkil edilən UNESCO Dünya Konfrans ( Earth Day) olaraq meydana çıxıb.

McConnell- dünyada var olan yaşamı və gözəlliklərini qeyd etmək üçün kainatda qarşılaşdığımız ekoloji problemləri də gündəmə gətirmək üçün belə tədbir keçirməyi təklif edib.

İlk belə rəsmi tədbir 1970-ci ildə çoxsaylı insanların iştirakı ilə həyata keçirilib.

1970-ci ildə 20 milyonun amerikalının iştirakı ilə keçirilən üsyan dünyanın ekoloji təmizliyində böyük təsirlər yaradıb. 

Belə ki, başda su və hava təmizliyinə bu gün də təsiri davam edən vacib qadağalar həmin gündən sonra həyata keçirilməyə başlayıb.

Qeyd edək ki, dünyada 175-dən çox ölkə bu günü qeyd edir.

 



Әlaqәli Xәbәrlәr